ELM VƏ TƏHSİL


Füzulidə 30 ildən sonra ilk dərs günü

30 ildən sonra Füzuli sakinləri Bilik gününün sevincini öz doğma torpaqlarına yaşayıblar. Bu gün işğaldan azad edilən Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk zəng çalınıb. Hazırda Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 160 şagird təhsil alır. Növbəti illərdə şagirdlərin sayının 400-ə çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, bu gün daha 73 nəfərdən ibarət 25 ailə öz dədə-baba yurdu olan Füzuliyə qayıdıb.