SİYASƏT


Ağdam-Xankəndi yolu açıq qalacaqmı?

“Azərbaycan Ağdam-Xankəndi yolunu fəaliyyətə gətirməklə həm 10 noyabr bəyanatından irəli gələn müddəaları yerinə yetirdi, həm də beynəlxalq hüququn çox önəmli faktoru olan bərabərlilik prinsipinə uyğun olaraq davrandı”. Politoloq Elçin Mirzəbəyli bu fikirdədir. Elə 35 il bundan öncə Ağdam-Xankəndi yolu ilə evini tərk etmək məcburiyyətində qalan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Azərbaycanın hər zaman erməni əsilli sakinlərimizə köməyə hazır olduğunu deyir. Qeyd edək ki, bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşını Ağam-Xankəndi yolu ilə erməni əsilli şəxslərə un və tibbi ləvazimat dolu humanitar yardım çatdırıb. Bu, Ağdam-Xankəndi yolundan artıq ikinci istifadədir. Bundan əvvəl, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi humanitar yardım da bu yolla Xankəndidə yaşayan ermənilərə çatdırılmışdı.