SİYASƏT
Hikmət Babaoğlu: Bir çox güc mərkəzlərinin məkirli planları baş tutmadı
18.09.2023 [20:11]
Regionda sülh istəməyən bir çox güc mərkəzləri Azərbaycanın bir hissəsini onun nəzarətindən kənarda saxlamaqla Qarabağda etnik separatçılığı yenidən başlatmağa cəhd göstərirdilər. Lakin Ağdam-Xankəndi yolunun açılması bunun qarşısını tamamilə aldı. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, Ağdam Xankəndi yolunun açılması həm də ermənilərin 3 aya yaxındır ki, Azərbaycana qarşı apardığı təbliğat vasitəsini də əlindən almış oldu.