SİYASƏT


Müzəffər Ordu – Vətən keşiyində!

Bildiyimiz kimi, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumları nəticəsində mülki vətəndaşlarımız və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları həlak olublar. Ona görə də bu təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir.