İQTİSADİYYAT


Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Oktyabrın 4-də 74-cü Beynəlxalq Astronavtika Konqresində "Çin Kosmik Stansiyası qlobal kosmosun kəşfiyyatından faydalanır" adlı plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Kosmik Agentliyin Asiya üzrə ofisinin direktoru Linqi Zu moderatorluğu ilə keçirilib.

Plenar iclasda Çin Kosmik Stansiyasının aparıcı dizayneri Honq Yanq, Çin Elmlər Akademiyasının kosmik proqramlar üzrə nümayəndəsi Conqmin Lyu, Cenevrə Universitetinin astronomiya departamentinin araşdırmaçı alimi Nikolas Produit və Çin Kosmik Texnologiya Akademiyasının araşdırmaçısı Qiao Zanq iştirak ediblər.