İQTİSADİYYAT


Beynəlxalq Astronavtika Konqresi: İlon Mask sualları cavablandırıb

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.
AZƏRTAC xəbər verir ki, “Gələcək üçün əvəzsiz imkanlar”mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutub.