İQTİSADİYYAT


Bakıda astronavtlar sessiyası: Kosmik turizm 60 milyon dollara başa gəlir

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində oktyabrın 6-da Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı və “Azərkosmos”un tərəfdaşlığı ilə “Astronavtlar sessiyası: “Kosmosun populyarlaşması - kosmos insanları ilə tanışlıq” mövzusunda plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin Auditoriya zalında baş tutan sessiyada moderator almaniyalı astronavt, Ştutqart Universitetinin astronavtika üzrə professoru Reinold Evald olub. Plenar iclasda TUA-nın (Türkiyə Uzay Ajansı) nümayəndəsi astronavt Tuva Cihangir Atasever, “Blue origin” şirkətinin astronavtı Viktor Hespanha, Rusiyadan “Roskosmos”un nümayəndəsi astronavt Anna Yuryevna Kikina, NASA-nın Kosmik Araşdırmalar Assosiasiyasından (ASE) astronavt John David Bartoe və misirli astronavt Sara Sabry çıxış ediblər.