Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib YENİLƏNİB

13.10.2023 [12:50]

Xəbərin mətni

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.