İQTİSADİYYAT


İtaliyalı iş adamları Azərbaycanın potensialı barədə məlumatlandırılıb

Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində Roma Avropa Fondunun və Avropa Təşəbbüsü Fondunun üzvləri, eləcə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin iqtisadi inkişafı, ümumi daxili məhsulun və qeyri-neft sektorunun artımı, postmünaqişə dövrünün yaratdığı iqtisadi fürsətlər və imkanlar, biznes mühiti və xarici sərmayədarlar üçün yaradılan əlverişli şərait barədə danışıb.