Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir
07.08.2026 [20:11]
Xəbərin mətni
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Uşaq Səfirlər Məclisi tərəfindən ana dilimizin qorunması, zənginliyinin təbliği və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində tədbir təşkil olunub. Uşaq Səfirlər Məclisi yalnız uşaqların hüquq və maraqlarının müdafiəsi üzrə deyil, həm də milli-mənəvi dəyərlərin təbliği və qorunmasına xidmət edən təşəbbüslərlə çıxış edir. Bu fikri “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans çərçivəsində açıqlamasında Uşaq Səfirlər Məclisinin üzvü Nuray Bağışova söyləyib.