İQTİSADİYYAT


Bir hektardan 83 sentner məhsul əldə olunub - pambıqçılıqda uğurlu təcrübə

Kənd Təsərrüfatı Nazirliyinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə 2021-ci ildən Azərbaycanda pambıq istehsalı üzrə torpaq, su və qida maddələrinin idarə edilməsi ilə bağlı “ağıllı kənd təsərrüfatı” təcrübələrinin tətbiqi layihəsi icra olunur. Artıq müsbət nəticələr var, pambıqçılıqda 83 sentner məhsuldarlıq əldə edilib.