SİYASƏT


Kiyev Milli Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

Oktyabrın 31-də Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Onun Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmlənməsində rolu” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən dəyirmi masada Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəhbərliyi, ictimai-siyasi xadimlər iştirak ediblər.