ELM VƏ TƏHSİL


Qazi müəllimlər təltif olundu

18 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə əlaqədar Vətən Müharibəsi iştirakçısı olan müəllimlərlə görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından danışıb. Sonra çıxış edən Vətən Müharibəsi iştirakçılarıları olan müəllimlər Qarabağ zəfərini yazanlar sırasında onların da payı olmasından böyük qürur duyduqlarını ifadə ediblər.