ELM VƏ TƏHSİL


İrpendə akademik Zərifə Əliyeva adına “Linqvist” liseyinə Azərbaycan dili fənni üçün dərsliklər verilib

Azərbaycan dövləti İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına 12 nömrəli “Linqvist” liseyinin Azərbaycan dili fənni üçün dərsliklər, köməkçi ədəbiyyatlar hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, İrpen merinin birinci müavini Andrey Kravçuk və meriyanın digər rəsmi şəxsləri liseyə gələrək Azərbaycan dili fənninin tədrisi ilə tanış olublar.