Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda vətəndaşlardan qanunsuz saxlanılan 8 odlu silah götürülüb

22.11.2023 [12:39]

Xəbərin mətni

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, son 1 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan ümumilikdə 8 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.