Lənkəranda baş verən qəzada motosiklet sürücüsü ölüb
22.11.2023 [15:15]
Xəbərin mətni
Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Hirkan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı nəqliyyat vasitəsi, Lənkəran rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub.