SİYASƏT


Kiyevdə Ulu Öndərin 100 illiyinə həsr edilən poçt markası dəstinin təqdimatı olub

Noyabrın 28-də Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markası dəstinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ukrayna Ali Radası sədrinin müavini Olena Kodratyuk, xarici ölkələrin səfirləri, diplomatları, Ukrayna parlamentinin deputatları, nüfuzlu universitetlərin rəhbərləri, Azərbaycanın diaspor nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.