CƏMİYYƏT


“Konfet”lər yetişdi - Xaçmazdan REPORTAJ

Çox ləzzətli və qeyri-adi dada malik meyvədir. Şirinliyinə və rənginə görə bu meyvəyə el arasında konfet və ya şokalad ağacı deyirlər. “Konfet”lər artıq yetişib. Bal kimi şipşirindir. Hər gün bizim uşaq bu ağacdakı meyvələrdən toplayıb sinif yoldaşları üçün aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xaçmazlı bağban Qurban Qəribov bağında ölkəmizdə nadir rast gəlinən konfet ağacını becərir. Təsərrfatçı 8 il əvvək əkdiyi ağacdan artıq üç ildir “konfet” toplayır.