ELM VƏ TƏHSİL


Yaradıcı uşaqlar SAF 2023 Festivalında

Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, SAF 2023 festivalında müxtəlif yarış kateqoriyaları üzrə 96 nəfərdən ibarət münsiflər heyətində Azərbaycan ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya kimi ölkələr təmsil olunur.