SİYASƏT


AZƏRTAC-ın təşəbbüsü ilə Ukraynada Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi açılıb

Ukraynanın Jitomir şəhərində AZƏRTAC-ın təşəbbüsü və Ukrayna Azərbaycanlıları Həmrəylik Konqresinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan fotosərgi açılıb. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, dünya liderləri ilə görüşlərini, beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotolar nümayiş olunub.