ELM VƏ TƏHSİL


Müasir məktəbin idman zalı niyə bağlıdır - Araşdırma

Bakı şəhəri 263 nömrəli məktəbin qarşısındayıq. Valideynlərin iddiasına görə məktəbdə oxuyan şagirdlər sentyabr ayından yəni yeni tədris ili başlayandan məktəbin daxilində olan idman zalında dərs keçmirlər. İdman dərsini onlar ya məktəbdən kənarda keçirlər ya da heç keçmirlər. Valideynlər deyir ki, yay aylarında məktəbdə qəbul imtahanı keçirilib. Elə həmin vaxtdanda partalar hamısı qalıb məktəbin idman zalında. Bu səbəbdən də yuxarı sinif şagirdləri idman dərsini məktəbin həyətindəki meydançada keçir. Aşağı sinif şagirdləri isə idman dərsi zamanı sinifdə oturur.