Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

09.12.2023 [15:26]

Xəbərin mətni

Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
“Heydər Əliyev ili” çərçivəsində təşkil olunan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əsk etdirən 50-ə yaxın nadir fotoşəkil sərgilənir. Ulu Öndərin Rusiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri ilə görüşlərinin, mətbuat konfranslarının, Rusiyanın müxtəlif regionlarına səfərlərinin əbədiləşdirildiyi fotomateriallar ziyarətçilərdə böyük maraq doğurub.