Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı məktəbliləri Stokholm Jensen Gimnaziyasının şagirdləri ilə onlayn görüş keçirib

10.12.2023 [16:54]

Dekabrın 10-da Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Azərbaycanda Nobel mükafatının verilməsinin 122 illiyi və Nobel qardaşlarının irsinin 150 illiyi qeyd olunur. Bu münasibətlə 1884-cü ildə Nobel qardaşları tərəfindən əsası qoyulmuş Bakı şəhəri 56 nömrəli məktəbin şagirdləri Stokholm Jensen Gimnaziyasının şagirdləri ilə onlayn görüş keçirib.
Mədəni maarifləndirmə toplantısında tələbələr Nobel mükafatı laureatlarını müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI