SİYASƏT
Ulu Öndərin xatirəsi Çində də anılıb
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub.
Çində yaşayan və təhsil alan soydaşlarımızın qatıldıqları tədbirdə çıxış edən səfir Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb, onun tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxarıb, işıqlı gələcəyin etibarlı bünövrəsini yaradıb.