Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” sənədli filmi nümayiş olunub

12.12.2023 [18:45]

Xəbərin mətni

Laçın şəhərində yerləşən “Lacinema” Kino Mərkəzində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən hazırlanan və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikihissəli “Heydər Əliyev Azərbaycandır!” sənədli filmi nümayiş etdirilib. 
Sonra doğma yurd-yuvalarına qayıtmış laçınlılar böyük siyasətçinin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Ölkənin ən çətin günlərində, məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalmış laçınlılarla görüşdə Heydər Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin artıq reallığa çevrildiyi bildirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI