Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaxda qoyun oğruları tutulub

14.12.2023 [10:40]

Xəbərin mətni

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində oğurluq və soyğunçuluq cinayətləri törədən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər onlara məxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər. Keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar.