Laçın şəhərinə daha 20 ailə köçürüldü
14.12.2023 [11:15]
Xəbərin mətni
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb.