Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq

14.12.2023 [13:31]

Xəbərin mətni

“İşğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir”. AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.