SİYASƏT


Moldovada AZƏRTAC-ın təşəbbüsü ilə Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi açılıb

Moldovanın paytaxtı Kişineu şəhərində AZƏRTAC-ın təşəbbüsü və Moldova Azərbaycanlıları Konqresinin, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan fotosərginin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Moldova Dövlət Universitetində keçirilən sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, dünya liderləri ilə görüşlərini, beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotolar nümayiş olunub.