SİYASƏT


“Diplomatik Protokol Bələdçisi” təqdim olunub

Dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan yeni “Diplomatik Protokol Bələdçisi”nin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetində təşkil olunmuş tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri və əməkdaşları iştirak edib.