SİYASƏT


Parisdə AZƏRTAC-ın təşkilatçılığı ilə Ümummilli Liderə həsr olunmuş fotosərgi açılıb

AZƏRTAC-ın təşkilatçılığı ilə Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini, dünya siyasi liderləri, eləcə də Fransanın sabiq prezidentləri ilə görüşlərini əks etdirən nadir fotolar nümayiş olunub. Bu fotolarda əbədiləşdirilən məqamlar Ulu Öndərin fəaliyyətinin tarixi məqamlarını əks etdirir.