SİYASƏT


AZƏRTAC-ın təşəbbüsü ilə Serbiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə fotosərgi keçirilib

AZƏRTAC-ın təşəbbüsü ilə Belqrad Etnoqrafiya Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərginin açılışında Serbiya ictimaiyyətinin və bu ölkədəki diplomatik korpusun nümayəndələri, elm və incəsənət xadimləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və “AzVirt” şirkətinin təmsilçiləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.