Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda Ümummilli Liderin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri təntənə ilə qeyd olunub

20.12.2023 [11:14]

Xəbərin mətni

İstanbulda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin bir əsrinin tamam olması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “SOCAR Türkiyə”nin təşkilatçılığı ilə “Bir əsrlik dastan” mövzusunda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, eləcə də Türkiyə Cümhuriyyətinin keçdiyi bir əsrlik yolu özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.