ELM VƏ TƏHSİL


Diplomatiya könüllüləri AZƏRTAC-da olublar

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə nazirliyin nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri üçün ənənəvi olaraq “Diplomatiya həftəsi” layihəsi həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Diplomatiya həftəsi” çərçivəsində layihə iştirakçıları dekabrın 21-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olublar.
Diplomatiya könüllüləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotolara, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət eksponatlara baxıblar.