Azərbaycanın həlak olmuş polis əməkdaşlarının uşaqlarının Belarusa səfəri təşkil olunub
22.12.2023 [12:05]
Xəbərin mətni
Azərbaycan polisinin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş əməkdaşlarının uşaqlarından ibarət qrup Belarusda səfərdədir. AZƏRTAC xəbər verir ki, Azərbaycan və Belarus Daxili İşlər nazirliklərinin təşkil etdikləri səfər çərçivəsində on iki azərbaycanlı azyaşlı Minskdə müxtəlif görüşlər keçiriblər.
Azərbaycanlı uşaqları Belarusun daxili işlər naziri İvan Kubrakov qəbul edib. Nazirliyin əməkdaşları onlar üçün maraqlı ekskursiya da təşkil ediblər. Uşaqlara Minsk şəhərinin tarixi və Belarusun görkəmli şəxsiyyətləri haqqında geniş məlumatlar verilib.