Məktəbəqədər təhsildə hansı yeniliklər olacaq?
25.12.2023 [13:05]
“Keçən ilə nisbətən bu il məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayında artım var. Hazırda bu göstərici 16%-dən 37 %-ə yüksəlib”. Bunu AZƏRTAC-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.