ELM VƏ TƏHSİL
Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbdə Ulu Öndərin 100 illiyi qeyd olunub
25.12.2023 [18:55]
Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirib. Tədbir Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər. Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin direktoru Şahnazxanım Şükürzadə ümummilli lider Heydər Əliyevin təhsilə, elmə verdiyi önəmdən, diqqət və qayğısından danışıb, deyib ki, “Heydər Əliyev İli” çərçivəsində bir-sıra tədbirlər həyata keçiriblər. Tədbir məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-bədii proqramla davam edib.