Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvanda avtomat tapılıb

26.12.2023 [17:07]

Xəbərin mətni

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 avtomat, 1 daraq və 30 patron aşkarlanaraq götürülüb.