ADA Universiteti Fondu “Paşa Bank”la birgə icra etdiyi layihəni yekunlaşdırıb
28.12.2023 [22:01]
Xəbərin mətni
ADA Universiteti Fondu tərəfindən “Paşa Bank”ın dəstəyi və “İZ” Qadınlar Cəmiyyətinin tərəfdaşlığı ilə keçirilən sosial layihənin ilk mərhələsi başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADA Universiteti Fondu “PAŞA Bank” ilə illər ərzində davam etdirdiyi əməkdaşlığı daha da genişləndirərək bu ilin son layihəsini uğurla yekunlaşdırıb. Layihəyə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbin və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin 6-cı sinfində təhsil alan 10 şagird cəlb edilib.