ELM VƏ TƏHSİL


Bir şagirdi olan məktəb

Ağsu rayon Axunlu kəndində yaşayan Zəhra Babayevanın cəmi 6 yaşı var. O, bu məktəbin yeganə şagirdidi. Hazırda birinci sinifdə oxuyan Zəhranı digər məktəblilərdən fərqəndirən,onun sinif yoldaşlarının olmamasıdı. O, hər gün məktəbə tək gəlir, partada tək oturur, tənəffüsü də tək edir. Amma bütün bunlar onu dərslərindən geridə qoymur.