ELM VƏ TƏHSİL


Azərbaycan Yüksəliş Forumu keçirilib

Yanvarın 8-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forum "Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub. 2 saat müddətində davam edən forumda hər üç müsabiqənin qalibləri, yarımfinal və final iştirakçıları yer alıb. Forum 7 nəfər qalibin çıxışları ilə “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub.