ELM VƏ TƏHSİL


Nurəngiz Günə həsr olunan kitabın təqdimatı olub

Yanvarın 11-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyinə həsr olunmuş “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatı da olub.
Tədbirdə elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.