ELM VƏ TƏHSİL


Daimi qeydiyyatı olmayan valideynlər bu məktəbləri seçə bilər

Uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Bu proses 2024-2025-ci tədris ilində Bakı şəhərində yerləşən məktəbləri əhatə edəcək. Süni şagird sıxlığının qarşısını almaq məqsədilə tətbiq olacaq bu yenilik daimi qeydiyyatı olmayan və kirayədə yaşayan valideynlər üçün necə həyata keçiriləcək? Bu sualımızı Bakı Şəhər Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov cavablandırdı.