ELM VƏ TƏHSİL


Balaca Ümid Azərbaycanı xaricdə səfir kimi təmsil etmək istəyir

Doqquz yaşlı Ümid Həsənov Ağstafanın Qarahəsənli kəndində yaşayır. Bəhlul Məmmədov adına Qarahəsənli kənd ümumi orta məktəbinin III sinfində oxuyan bu balaca bacarığı və istedadı ilə digər sinif yoldaşlarından, həmyaşıdlarından fərqlənir.
AZƏRTAC xəbər verir ki, Ümid III sinifdə oxumasına baxmayaraq, coğrafiya elmi haqqında artıq xeyli məlumata sahibdir. Halbuki coğrafiya fənni hələ Ümidin oxuduğu sinifdə 3 ildən sonra tədris olunacaq.