SİYASƏT
“Nazione” partiyasının üzvü: Fransa dövləti bizim güclənməyimizdən son dərəcə narahatdır
03.02.2024 [15:45]
Xəbərin mətni
Altı ay əvvəl keçmiş korsikalı siyasi məhbuslar cəmiyyəti yeni siyasi cərəyan yaratmaq təşəbbüsünü irəli sürdü. Bu yeni cərəyan elə yarandığı andan böyük uğur qazandı. İki gün əvvəl Kortedə keçirilən baş assambleyada yeni vətənpərvər hərəkatın yaradılması qərara alındı. Bu hərəkatın adı “Nazione”dir. Yenicə yaranan bu hərəkat Fransa dövlətini son dərəcə narahat etməyə başladı. O, yarandığı andan qazandığı uğurları, populyarlığı ilə Fransanı narahat edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Patriotti” partiyasının sabiq sözçüsü, hazırda “Nazione” partiyasının üzvü Jan-Filip Antolini deyib.