CƏMİYYƏT
Xocalıda kütləvi məzarlıq aşkar edilib
08.02.2024 [18:18]
Xəbərin mətni
İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir. Müvafiq qurumların nümayəndələri yerli və xarici jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçiriblər.