ELM VƏ TƏHSİL


Geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı artıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupunda 144 ləkə müşahidə olunur.
Fevralın 12-dən 18-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20 faiz təşkil edir.