ELM VƏ TƏHSİL


“Məktəbli jurnalistlər” layihəsinin iştirakçıları Azərbaycan səfirliyində olub

Çin ilə qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında dostluğun dərinləşməsinə töhfə məqsədi daşıyan “Məktəbli jurnalistlər” layihəsinin iştirakçıları Azərbaycanın Çindəki səfirliyində olub.
AZƏRTAC xəbər verir ki, Çinin müxtəlif regionlarından olan məktəblilərə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, Çin ilə münasibətlərinə dair məlumat verilib.