Nazir: Qızılca ilə bağlı tədris prosesi dayandırılarsa, uşaqları təhsildən ayırmış olarıq
29.02.2024 [17:30]
Ümumtəhsil müəssisələrində son aylar ərzində qızılca virusunun yayılması prosesi yaxından izlənilib və təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının məqsədəmüvafiq olmadığı qərara alınıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, ölüm hallarının olması peyvəndləmənin aparılmaması ilə əlaqədardır: “Biz tədris prosesini dayandırmaqla uşaqları təhsildən kəsmiş olacağıq. Hazırda müşahidə olunan hallar 7-10 il əvvəl aparılmayan peyvəndlənmənin nəticəsidir. Valideynlərin övladlarını müvafiq səhiyyə qurumlarının reqlamentləri əsasında peyvəndləməyə aparması lazımdır. Əks halda belə xoşagəlməz hallar davam edəcək. Qızılca yoluxucu xəstəlikdir, peyvənd yoluxmanın qarşısını alır”.