ELM VƏ TƏHSİL


Nazir: Xaricdə təhsil almış azərbaycanlıları Qarabağ Universitetinə gətirmək istəyirik

2024-2025-ci tədris ilində Qarabağ Universitetində 1000 tələbənin təhsil alması planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə 70 nəfər professor-müəllim heyətinin yer alması planlaşdırılır: “Yaxın 5 ildə universitetdə tələbə sayının 5 minə çatdırılması gözlənilir. Pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakültələri olacaq”.